BMT rəsmisi: Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir
Far.Az xəbər saytı

BMT rəsmisi: Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir


Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamentinin şöbə müdiri, amerikalı demoqraf və əhali məsələləri üzrə mütəxəssis Cheryl Sawyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı sessiyada deyib.

Onun sözlərinə görə, ölkələr və şəhərlər üzrə əhali sıxlığı özünü fərqli təzahürlərdə göstərir.

"Məsələn, Yaponiyada 50 000-dən çox sakini olan şəhərlər olduğu halda, Norveçdə 200 sakini olan yaşayış məntqələri də mövcuddur".

Mütəxəssis dünya üzrə kənd əhalisinin sayının 2040-cı ildən sonra azalmağa başlayacağını bildirib.

"Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir. Əlbəttə, dünyanın ayrı-ayrı yerlərində urbanizasiya özünü fərqli şəkildə göstərir, amma istənilən halda, biz şəhərləşmənin ümumən sürətləndiyini deyə bilirik".

O həmçinin 2025-ci ilə qədər ən çox əhalisi olan şəhərin Tokio olduğu halda, indi Cakarta olduğunu da vurğulayıb.

YENİLƏNİR

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər