"SOCAR Karbamid" zavodunun hədəfləri açıqlanıb
"SOCAR Karbamid" zavodunun ilk hədəfi daxili tələbatı ödəməkdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, karbamidin dünya bazarında qızıl, neft kimi qiymətləri var: "Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn, Misirdə, Səudiyyə Ərəbistanı, Türkiyə və ya Avropa ölkələrində onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən, sırf bu keyfiyyətinə görə onu 10-20 ABŞ dolları daha baha satdığımız vaxtlar olur".
O bildirib ki, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir: "Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90 %-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik. Yəni bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik".
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"SOCAR Karbamid" Dünya İqtisadi Forumunun nüfuzlu "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













