Ordubadda ət satışı mağazasının fəaliyyəti dayandırılıb
Far.Az xəbər saytı

Ordubadda ət satışı mağazasının fəaliyyəti dayandırılıb


Ordubad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən İbrahimov Əmir İbrahim oğluna məxsus ət satışı mağazasında nöqsanlar aşkarlanıb.

Bu barədə "Far.Az"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib. Çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, barəsində inzibati protokol tərtib olunub. Çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər