"Ayntraxt"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirdik"
Far.Az xəbər saytı

"Ayntraxt"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirdik"


"Qarabağ"a qalib gəlmək istəyirdik.

"Report" xəbər verir ki, bunu Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib.

Mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Qalib gəlmək istəyirdik. Lakin matça yaxşı başlamadıq. Düzdür, sonradan toparlandıq, hətta üstünlüyü də ələ ala bildik. Lakin daha sonra işlər qaydasında getmədi. Fasilədə futbolçularla danışıqlar apardıq. İkinci yarıda "Qarabağ" çox pressinq edirdi. İntizamı oynamağa çalışırdıq. Sabah bu matçda buraxdığımız səhvləri təhlil edəcəyik ki, gələcək oyunlarda eyni yanlışlıqlıqlara yol verməyək".

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər