Lerikdə yaşayış evinin dam örtüyü qarın ağırlığından çöküb
Far.Az xəbər saytı

Lerikdə yaşayış evinin dam örtüyü qarın ağırlığından çöküb


Lerik rayonunda yaşayış evinin dam örtüyü qarın ağırlığından çöküb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Hamarmeşə kəndində baş verib.

Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü hündürlüyü bir metrə çatan qarın ağırlığına davam gətirməyərək çöküb. Bu zaman ailənin iki üzvü evdə olsa da, onlar xəsarət almayıblar.

Hadisə ilə bağlı aidiyyətı qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər