32 yaşlı azərbaycanlı Moskvada qəzada həlak oldu
Far.Az xəbər saytı

32 yaşlı azərbaycanlı Moskvada qəzada həlak oldu


Salyan rayon sakini Moskvada avtomobil qəzasında həlak olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.

1994-cü il təvəllüdlü Faiq Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.

Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhumun fotosunu jurnalist Emil Məmmədov sosial şəbəkə hesabında paylaşıb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
İtkin-şəhid Mikayıl Əliyevin nəşinin qalıqları dəfn edilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər