Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər
Far.Az xəbər saytı

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər


Süni intellekt, böyük ehtimalla, artıq 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı ola bilər.

"Report"un məlumatına görə, bunu Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda İlon Mask bəyan edib.

"Bu inkişaf tempi ilə, hesab edirəm ki, biz ilin sonuna və ya gec olmayaraq gələn il hər bir insandan daha ağıllı süni intellekt əldə edəcəyik. Sonra isə, yəqin ki, 2030 və ya 2031-ci ildə, yəni beş il ərzində, o bütün bəşəriyyətdən daha ağıllı olacaq", – deyə o bildirib.

2023-cü ilin aprelində Mask süni intellektin hazırlanması ilə məşğul olan xAI startapını təsis edib. Bir neçə ay sonra süni intellekt əsaslı "Grok" adlı çat-bot təqdim olunub.

Layihənin yaradıcıları iddia edirlər ki, bu məhsul analoqlarından senzuranın olmaması ilə fərqlənir və real vaxtda aktual məlumatlara çıxışı təmin edir.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər