BMT rəsmisi: "Bəzi tikinti şirkətləri iqlim şəraitini nəzərə almır, yalnız mənfəət əldə etməyə çalışırlar"
"Dünyada 2.8 milyard insan adekvat mənzil şəraiti olmayan ərazilərdə yaşayır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin köməkçisi və qurumun Ətraf Mühit Proqramı icraçı direktorunun müavini Elizabeth Maruma Mrema Ümumdünya Şəhərsalma Forumunda (WUF13) "İqlim-mənzil əlaqəsi: Bərabərsizliyi və yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri necə genişləndirə bilərik?" mövzusunda keçirilən sessiyada çıxışında deyib.
O bildirib ki, mənzil sahəsində mövcud problemlərin aradan qaldırılması üçün bu sahədəki boşluqlar dərindən araşdırılmalı və mövcud çətinliklər nəzərə alınmalıdır:
"Bəzi tikinti şirkətləri iqlim şəraitini nəzərə almırlar, yalnız mənfəət əldə etməyə çalışırlar. Nəticədə həmin binalarda yaşayan və çalışan insanlar bunun mənfi təsirlərinə məruz qalırlar. Evlər mümkün qədər aşağı xərclə inşa olunur, lakin bunun doğurduğu fəsadlar çox vaxt diqqətdən kənarda qalır".
BMT rəsmisinin sözlərinə görə, əsas problemlərdən biri maliyyələşdirmə ilə bağlıdır.
"O cümlədən tikintidə dayanıqlı olmayan materiallardan istifadə olunur, keyfiyyətli və uzunömürlü tikinti ləvazimatlarına üstünlük verilmir. Siyasi və institusional müstəvidə də boşluqlar mövcuddur, nəzarət mexanizmləri isə kifayət qədər effektiv deyil", - deyə Elizabeth Maruma Mrema əlavə edib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Umayra Tağıyeva: "2036-cı ildə Azərbaycan Yerli Ətraf Mühit Gününə ev sahibliyi edəcək"













