Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb
Far.Az xəbər saytı

Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb


Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Far.Az-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün iki nəfər imtahandan xaric olunub.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 1-i saat 10:00-dan iyunun 3-ü saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Oxşar xəbərlər

Buraxılış imtahanında dörd nəfərdə mobil telefon aşkarlanıb
11 illik buraxılış imtahanının nəticələri elan olunub
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Qəbul imtahanının nəticəsi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər