Per Mertezaker mövsümün sonunda "Arsenal"dakı vəzifəsindən ayrılacaq
Far.Az xəbər saytı

Per Mertezaker mövsümün sonunda "Arsenal"dakı vəzifəsindən ayrılacaq


İngiltərənin "Arsenal" klubunun akdemiyasının rəhbəri Per Mertezaker mövsümün sonunda vəzifəsindən ayrılacaq.

"Far.Az" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, klubun mətbuat xidmətinə açıqlamasında bunun çətin bir qərar olduğunu vurğulayıb. Almaniyalı mütəxəssis yeni sahələri kəşf etmək və daha da irəliləmək üçün belə qərar qəbul etdiyini vurğulayıb. O, hazırda mövsümü güclü şəkildə bitirməyə və gənc istedadları inkişaf etdirməyə fokuslandığını da söyləyib.

Qeyd edək ki, 41 yaşlı keçmiş müdafiəçi 2011-2018-ci illərdə bu komandanın formasını geyinib. P.Mertezaker 2018-ci ildən "Arsenal"da akademiya rəhbəri kimi çalışırdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər