Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılıb
Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş bu il yanvarın 1-dən qüvvəyə minib.
"Far.Az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. İki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə bu ilk sazişdir.
Bildirilib ki, saziş dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir.
Sazişin əhatə etdiyi vergilərə gəlirin ümumi məbləğindən və ya onun ayrı-ayrı elementlərindən tutulan vergilər, o cümlədən daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər, müəssisələr tərəfindən ödənilən əməkhaqqı və maaşlar, eləcə də əmlakın dəyərinin artımından əldə olunan gəlirlər üzrə vergilər daxildir.
Sənədə əsasən, hər iki ölkədə fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi ikiqat vergitutmadan azad edilir.
Eyni zamanda, saziş imzalandıqdan sonra mövcud vergilərə əlavə olaraq və ya onların əvəzinə tətbiq edilən, mahiyyətcə eyni və ya oxşar olan bütün vergilərə də şamil olunur.
Bununla yanaşı, rezidentlərin daşınmaz əmlakdan əldə etdikləri gəlirlər həmin əmlakın yerləşdiyi digər dövlətdə vergiyə cəlb oluna bilər. Daşınmaz əmlak anlayışına yardımçı əmlak, kənd və meşə təsərrüfatında istifadə edilən mal-qara və avadanlıq, torpaq mülkiyyətinə dair milli qanunvericiliyin tətbiq olunduğu hüquqlar, daşınmaz əmlakın uzufruktu, həmçinin mineral ehtiyatların, mənbələrin və digər təbii resursların işlənməsi və ya işlənmə hüququ müqabilində ödənilən dəyişkən və ya sabit ödənişlərə olan hüquqlar daxildir. Dəniz və hava gəmiləri, avtomobil və dəmiryol nəqliyyatı vasitələri isə daşınmaz əmlak hesab edilmir.
Sazişdə "rezident" anlayışı dedikdə, yaşayış yeri, rezidentlik statusu, qeydiyyat yeri, idarəetmə mərkəzi və ya oxşar meyarlara əsasən müvafiq dövlətdə vergiyə cəlb olunan istənilən şəxs, habelə həmin dövlətin özü, onun inzibati-ərazi vahidləri və dövlət və ya yerli hakimiyyət orqanları nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan və Qırğızıstan arasında bu saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qırğızıstan tərəfdən isə iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzalayıb.
Bu günədək Azərbaycan 57 ölkə ilə analoji saziş imzalayıb, onlardan 56-sı hazırda tətbiq olunur.
Oxşar xəbərlər
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













