Məhəmməd Bəna: "Azərbaycan yunan-Roma güləşində dünyada ən güclü 2-3 ölkədən biridir"
Far.Az xəbər saytı

Məhəmməd Bəna: "Azərbaycan yunan-Roma güləşində dünyada ən güclü 2-3 ölkədən biridir"


Azərbaycan yunan-Roma güləşində dünyada ən güclü 2-3 ölkədən biridir.

"Far.Az" xəbər verir ki, bunu millinin yeni baş məşqçisi Məhəmməd Bəna Azərbaycan Güləş Federasiyasına açıqlamasında deyib.

O, Göygöl şəhərində davam edən hazırlıq prosesi və gələcək hədəflər barədə fikirlərini bölüşüb:

"Biz toplanışlarımıza başladıq. İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir. Bu müddət ərzində Albaniyadakı reytinq turniri, U-23 Avropa çempionatı və nəhayət, böyüklərin Avropa çempionatı nəzərdə tutulub. Həmin vaxta qədər 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Allahın köməkliyi ilə Dünya çempionatına qədər ən yüksək formaya çatarıq".

M. Bəna Azərbaycan güləşinin yüksək statusunu və idmançıların texniki potensialını xüsusi vurğulayıb:

"Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir. Fiziki, texniki və psixoloji hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi uğur qazansınlar".

Baş məşqçi builki hədəflərlə bağlı danışıb:

"İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. Orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. İnşallah, Dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər