Bakıda kişi qadını restoranın tualetində döydü
Bakıda kişi restoranın tualetində qadını döyüb.
Far.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolunda yerləşən "Era" restoranının sanitar qovşağında qeydə alınıb.
Tanıdığı oğlanla həmin restoranda yeyib-içən Tünzalə (şərti adla) gecə saat 12-yə qalmış sanitar qovşağına gedib. Bu zaman tanışı olan həmin şəxs, 31 yaşlı Cavad Məlikli (ad və soyad şərtidir) də onun arxasınca sanitar qovşağa gedib. Cavadın sözlərinə görə, tualetin yanına çatanda Tünzalənin qapını açıb çıxdığını görüb və qadın onunla birgə tualetə girmək istəyib. Lakin Cavad buna etiraz edərək, "məni orada cinsi əlaqədə olmağa çağırırsan?" deyib. Tünzalə isə bu suala əsəbiləşərək, ağır cavab verib. Nəticədə Cavad tualetdə Tünzalənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.
Qadının sözlərinə görə isə, Cavad zorla qapını açaraq, onunla birgə tualetə girmək istəyib. Etiraz edəndə isə onu döyərək, xəsarət yetirib.
Bu əməlinə görə, Cavad Məlikli saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O. məhkəmədə "Konstitusiya və Suverenlik İli" çərçivəsində onun da amnistiyaya düşməsini xahiş edib.
Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavad Məlikli məsuliyyətdən azad olunub.
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Məktəbdə BİABIRÇILIQ - İşçilər qazanxanada kabab çəkib, yeyib-içmək məclisi qurdular
"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













