"Araz-Naxçıvan" əcnəbi məşqçiyə güvənən 21-ci komanda olub
Far.Az xəbər saytı

"Araz-Naxçıvan" əcnəbi məşqçiyə güvənən 21-ci komanda olub


"Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqası tarixində əcnəbi mütəxəssisə güvənən 21-ci komanda kimi qeydə alınıb.

"Far.Az" Peşəkar Futbol Liasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XVII turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Ukraynalı Andrey Demçenko "Araz-Naxçıvan"ı "İmişli" ilə səfər görüşünə (2:2) çıxarıb. Bununla da o, Naxçıvan təmsilçisinin tarixində ilk legioner çalışdırıcı olub. Bunadək ölkə çempionatlarında 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.

Demçenko Premyer Liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdir. Daha əvvəl Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") I, Valdas Dambrauskas ("Sabah") II, Yuri Vernidub ("Neftçi") XV turda ilk oyununa çıxıb.

Qeyd edək ki, Andrey Demçenkonun debütü ilə Azərbaycan çempionatlarının yüksək liqasında çalışmış əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. O, Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçidir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Neftçi"nin baş məşqçisi Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Yuri Vernidub "Neftçi"yə baş məşqçi təyin edilib
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər