ERİS-in yaradılması və saxlanılması büdcədənkənar gəlirlər hesabına maliyyələşdiriləcək
Far.Az xəbər saytı

ERİS-in yaradılması və saxlanılması büdcədənkənar gəlirlər hesabına maliyyələşdiriləcək


Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması və saxlanılması ilə bağlı xərclər Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin büdcədənkənar gəlirləri hesabına həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"də öz əksini tapıb.

Sənədə əsasən, ERİS Prezidentin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın qeyd edilən prinsiplər əsasında formalaşdırılacaq və fəaliyyət göstərəcək.

Bundan başqa, bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq ediləcək.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər