Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb.
AVF-nin mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, federasiya rəhbəri Hacıqabul RVK-nın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi məktəblilər arasında voleybol üzrə Qobustan rayon birinciliyinin final oyunlarını izləyib.
Sentyabrın 15-də start götürən birincilikdə 12 komanda mübarizə aparıb. Qobustan Olimpiya İdman Kompleksində baş tutan yarışın final qarşılaşmasının nəticəsinə uyğun olaraq Qaradaq rayon 3 saylı orta məktəbin komandası 1-ci, Qaradaq rayonu 1 saylı orta məktəbin komandası isə 2-ci yeri tutub. Qaradaq rayonu Ərəbşalbaş kənd məktəbin kollektivi birinciliyin üçüncüsü olub.
Yarışın qaliblərinə kubok və medallar təqdim olunub. Mükafatları təqdim edən AVF-nin prezidenti Şahin Bağırov gənclərə təbriklərini çatdırıb, onlara tövsiyələrini verib və peşəkar voleybolçu olmaq yolunda uğurlar arzulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













