Şahin Bağırov Cəlilabadda yeniyetmə voleybolçularla və məşqçilərlə görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Cəlilabadda yeniyetmə və gənc idmançılarla, həmçinin məşqçilərlə görüşüb.
"Far.Az" xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, AVF-nin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi nümayəndələri, yeniyetmə voleybolçuların valideynləri və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı sözügedən rayonda voleybolun inkişafı, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Şahin Bağırov çıxışında federasiya tərəfindən ölkədə voleybolun kütləviliyinin artırılması, bölgələrdə idmanın təşviqi və gənc nəsilin bu idman növünə cəlb olunması istiqamətində gördüyü işlərdən danışıb.
Tədbirdə federasiya prezidenti və digər rəsmi şəxslər yeniyetmələrin məşq prosesini izləyiblər. Daha sonra Şahin Bağırov idmançıların valideynləri ilə görüşərək onların dəstəyinin əhəmiyyətini vurğulayıb, təşəkkürünü bildirib və yaxın gələcəkdə potensiallı gənclərin milli komandaları uğurla təmsil edəcəyinə inamını ifadə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
Üç Afrika ölkəsi Malidə yaraqlılara qarşı hərbi əməliyyat keçirib
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib













