Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub.
Far.Az xəbər verir ki, Leyla Əliyevaya Kür çayı üzərində salınmış "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir.
Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün müasir standartlara cavab verən şərait yaradılıb, zəruri infrastruktur, idman avadanlıqları və təhlükəsizlik tələblərinə cavab verən sistemlər təmin olunub.
Görüş zamanı həmçinin gənclərin sağlam həyat tərzinə cəlb olunması, avarçəkmə idman növünün daha geniş təşviqi və regionda idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Leyla Əliyeva avarçəkmə üzrə məşq prosesini izləyib və idmançılarla səmimi söhbət edib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













