Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Far.Az xəbər saytı

Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb


Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Far.Az xəbər verir ki, o, Danimarkada yerli "Midtyullann" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək.

E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, "Midtyullann" - "Dinamo" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər