"Legion Financial" nizamnamə kapitalını yenidən artırır
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC "Bakı Fond Birjası" QSC-də daha 600 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır.
"Far.Az" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 6 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 15,3 % artaraq 3,91 milyon manatdan 4,51 milyon manata çatacaq.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova (39,6 %), Ramin Süleymanlıya (31,2 % ), Rövşən Sultanova (10,2 %), Böyükağa Məmmədova (14,1 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,9 %) məxsusdur. T.İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub
-
Sumqayıtda xüsusi texnika və nəqliyyat vasitələrinin istehsal və yığımı həyata keçiriləcək













