Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb - TƏFƏRRÜAT


Tanınmış həkimin ölümünün təfərrüatı məlum olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, yanvarın 26-da Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirov 53 saylı xətt avtobusunda olarkən qəfil halı pisləşərək ölüb.

İlkin ehtimala görə, M.Aydəmirov infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, M.Aydəmirov 40 il Sumqayıt səhiyyəsində çalışıb. O, uşaq cərrahı kimi fəaliyyət göstərib.

Fotoda həkim-cərrah Məhyəddin Aydəmirov

Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb - TƏFƏRRÜAT

1957-ci ildə Quba rayonunda anadan olan M.Aydəmirov 1974-1980-ci illərdə Rusiya Federasiyasının Saratov Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Tambov vilayətində uşaq xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.

1981-1984-cü illərdə isə həmin vilayətin Miçurinsk şəhərində Bryuxinin adına Şəhər Xəstəxanasında çalışıb.

1984-1993-cü illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib.

1993-2023-cü illərdə isə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb.

2023-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxan M.Aydəmirov Bakıda özəl klinikalardan birində uşaq cərrahı kimi fəaliyyət göstərirmiş.

"Unikal"ın məlumatına görə, M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

Fotoda general-leytenant Yaşar Aydəmirov

Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb - TƏFƏRRÜAT

***15:17

Bakıda avtobusda ölüm faktı baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da Yasamal rayonunda 53 saylı xətt avtobusunda qeydə alınıb.

Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhəddin Aydəmirovun infarktdan öldüyü bildirilir.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər