A Seriası klubu yeni qapıçının transferini açıqlayıb
Far.Az xəbər saytı

A Seriası klubu yeni qapıçının transferini açıqlayıb


İtaliya A Seriası təmsilçisi "Latsio" heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə romalıların mətbuat xidməti məlumat yayıb.

Komanda 21 yaşlı qolkiper Edoardo Motta ilə anlaşıb. Onun "Latsio" ilə olan sözləşməsi 2029/2030 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Motta "Yuventus"un gənclər akademiyasından yetişib. O, son olaraq İtaliyada "Redcana" komandasının heyətində 21 oyunda meydana çıxıb, beş matçda qapısını toxunulmaz saxlayıb.

Oxşar xəbərlər

Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər