"Liverpul"un baş məşqçisi: "Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun davranışını təkrar edə bilməyəcəyini vurğulayıb.
"Report" xəbər verir ki, mütəxəssis bunu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşərkən söyləyib.
"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim" - deyə o, bildirib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













