Samir Əliyev: "Qarabağ" "Liverpul"a qarşı layiqli mübarizə aparacaq"
"Qarabağ" "Liverpul"a qarşı layiqli mübarizə aparacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.
Mütəxəssis Ağdam təmsilçisinin şanslarını dəyərləndirib:
"Püşkatmadan sonra hər kəs fərqli proqnozlar verirdi. Amma bu gün "Qarabağ" artıq tarix yazaraq 10 xal toplayıb və böyük rəqiblər üzərində qələbələrlə azarkeşləri sevindirib. Demək olar ki, komanda növbəti mərhələni böyük ölçüdə təmin edib. "Qarabağ"ı ağır oyun gözləyir. Düşünürəm ki, komanda artıq böyük təcrübəyə malikdir və bu gün "Liverpul"a qarşı da layiqincə mübarizə aparacaq. Hər kəsə "Qarabağ"ın necə oynayacağı maraqlıdır".
S.Əliyev rəqibin gücü və oyunun çətinliyi barədə bunları deyib:
"Premyer Liqa ağır çempionatdır. "Arsenal" yüksəlişdədir. "Mançester Siti", "Çelsi" kimi komandalara qarşı oynamaq çətindir. Amma "Liverpul" dünya futbolunun nəhənglərindən biridir. Heyətdə kifayət qədər keyfiyyətli futbolçular var. İngiltərə çempionatında hazırda istədikləri kimi çıxış edə bilməsələr də, UEFA Çempionlar Liqasında uğurlu göstəriciyə malikdirlər. Növbəti mərhələyə vəsiqəni rəsmiləşdirsələr də, ilk "8-liy"ə düşmək üçün onlara qələbə lazımdır. Doğma meydanda, böyük azarkeş dəstəyi altında oynayacaqlar. Amma Qurban Qurbanovun komandasının öz oyun üslubuna sadiq qalacağını düşünürəm. Əsas məsələ rəqibin bu oyunu diktə etməyə nə qədər imkan verəcəyidir. "Qarabağ" o qədər bizi təəccübləndirib ki, hətta belə oyunlara proqnoz vermək çətindir".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" – "Qarabağ" qarşılaşması bu gün "Enfild"də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













