Bakının məşhur klinikasında YANĞIN: Pasiyentlər təxliyə ediliblər
Far.Az xəbər saytı

Bakının məşhur klinikasında YANĞIN: Pasiyentlər təxliyə ediliblər


"Bu gün saat 13:50 radələrində Baku Medical Plaza klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib".

Bu barədə Far.Az-ə Baku Medical Plaza klinikalar şəbəkəsindən açıqlama verilib.

Bildirilib ki, hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb.

***15:06

Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da qısaqapanma olub.

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a xəstəxanadan məlumat verilib. Bildirilib ki, hadisə anında pasiyentlər klinika binasından çıxarılıblar, artıq hər şey yenidən öz qaydasındadır.

Bildirilib ki, hadisə nəticəsində xəstəxanaya ciddi ziyan dəyməyib.

Oxşar xəbərlər

Bakıda yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Babək prospektində yerləşən təkər bazarında yanğın olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər