Kevin Medina: "Hər kəs Çempionlar Liqasında yazılan tarixdən məmnundur"
Far.Az xəbər saytı

Kevin Medina: "Hər kəs Çempionlar Liqasında yazılan tarixdən məmnundur"


Hər kəs UEFA Çempionlar Liqasında yazılan tarixdən məmnundur.

Far.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur", - deyə o bildirib.

Kolumbiyalı müdafiəçi pley-offdakı potensial rəqibləri də dəyərləndirib:

"İndi yolumuza davam etməliyik. Qarşıdakı pley-off mərhələsini gözləyirik. Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər