Türkiyə klubuna keçən azərbaycanlı futbolçu: "Neftçi"dən ayrılmaq asan olmadı" - MÜSAHİBƏ
Türkiyənin "Qaziantep" klubuna transfer olunan Azərbaycan milisinin futbolçusu Coşqunə Əliyeva "Report"a müsahibə verib. O, yeni komandasının durumu, qarşıya qoyulan hədəflərdən danışıb. 23 yaşlı hücumçu ailəsindən uzaq qalmağın onun üçün elə də çətin olmadığını vurğulayıb.
- "Qaziantep"dən təklif gələndə qərar vermək və "Neftçi"dən ayrılmaq sizin üçün çətin olmadı?
- "Neftçi"dən ayrılmaq asan olmadı. Üç mövsüm "Neftçi"də oynamışam. Bu komanda ilə 2 dəfə Azərbaycan çempionu olmuşam.
- Başqa klublardan təklif var idi? Qaziantep təmsilçisini seçməkdə hansı amil əsas rol oynadı?
- Bəli, başqa təkliflər də var idi. "Qaziantep"i seçməkdə əsas məqsədim komandanın çempionluq şanslarının yüksək olmasıdır.
- Yeni komandanıza uyğunlaşma prosesi necə keçir?
- Bura gəldikdən qısa müddət sonra yeni komandama uyğunlaşdım. Hazırkı durum çox yaxşıdır. Oyunlara ciddi şəkildə hazırlaşırıq. Əsas heyətdə möhkəmlənmək üçün özümü yaxşı tərəfdən göstərməliyəm. Məşqlərdə və oyunlarda performansım yaxşı olmalıdır.
- Heyətdə tanıdığınız və ya nə vaxtsa birlikdə oynadığınız futbolçular var?
- Xeyr, heyətdə əvvəl birlikdə oynadığım futbolçular yoxdur. Amma tanıdığım oyunçular var.
- "Qaziantep"də qarşınıza hansı hədəflər qoyulub?
- Bura gəlməmişdən əvvəl Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovla da məsləhətləşmişdim. Yaxşı, iddialı klubdur. Əsas məqsəd çempion olub Superliqaya çıxmaqdır.
- Avropanın digər güclü liqalarına keçmək üçün "Qaziantep"i tramplin hesab edirsiniz?
- Bəli. Əlimə düşən imkanları yaxşı dəyərləndirməyə çalışacağam. Zamanla daha yaxşı komandalarda olacağıma inanıram.
- Qaziantep şəhəri futbol ab-havası ilə tanınır. Şəhərlə tanış ola bilmisiniz?
- Şəhəri gəzmək üçün hələ vaxtım olmayıb. Çünki hazırda məşqlərə köklənmişəm. Özümü daha çox məşqlərə həsr edirəm.
- Şəxsi hədəfləriniz nədir?
- Şəxsi hədəflərim gələcəkdə daha yaxşı klublarda çıxış etməkdir. Daha yaxşı yerlərə getmək üçün bacardığımı ortaya qoyacağam. Bunun reallaşacağına inanıram.
- Ailənizdən uzaqda, başqa ölkədə peşəkar karyera qurmağın ən çətin tərəfi nədir? Buna öyrəşmək çətin olmayacaq?
- Ailəmdən uzaq, başqa ölkədə olmaq mənim üçün çətin deyil. 14 yaşımdan akademiyada çıxış etmişəm. İllərlə ailəmdən uzaq qalmışam. Darıxsam da, artıq buna öyrəşmişəm.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













