Marketdə "kömək etmək" adı ilə vətəndaşa yaxınlaşıb çantasını oğurlayan şəxs saxlanıldı
Xətai rayonunda talama cinayəti qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, naməlum şəxs paytaxt sakininin avtomobilindən 600 manat, mobil telefon, planşet və digər əşyalarını oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 55 yaşlı İ.Xudiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rayon ərazisində yerləşən marketlərin birinin qarşısında dayanaraq kassaya yaxınlaşan vətəndaşları müşahidə edib.
Daha sonra həmin şəxslərdən birinin maddi vəsaitini və dəyərli əşyalarını çantasına qoyduğunu görüb "kömək etmək" adı ilə çıxışda ona yaxınlaşıb və avtomobilinə qədər müşayiət edib. Çantanı yük yerinə qoyarkən isə oğurluq əməlini törədib. Hadisənin baş vermə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













