Biləsuvarda pambıq yığımı bir aya yaxın gecikəcək
Biləsuvar rayonunda pambıq tarlalarında məhsul yığımı təxminən bir aya yaxın gecikəcək.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, buna səbəb əkin işlərinin havaların yağıntılı keçməsi səbəbindən bir ay gec aparılmasıdır.
Belə ki, rayon ərazisində məhsulun yığımına oktyabr ayının ortalarından start veriləcək.
Qeyd edək ki, bu il rayonda 7 050,8 hektar sahədə pambıq əkilib.
Həmçinin yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 52 maşın iştirak edəcək. Bununla yanaşı, 115 traktor və 265 yedəkli lafetdən də istifadə olunacaq.
Pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri cari ayın sonu aparılacaq.
Oxşar xəbərlər
Biləsuvarda pambıq əsasən maşın vasitəsilə yığılacaq
Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq
İmişlidə pambığın çox hissəsi maşın vasitəsilə yığılacaq
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













