İslam Maxaçevin növbəti rəqibi bəlli oldu
UFC çempionu İslam Maxaçevin növbəti döyüşünü braziliyalı Karlos Pratesə qarşı keçirə biləcəyi iddia olunur. Qarşılaşmanın gələn il yanvarın 30-da Torontoda təşkili müzakirə edilir.
Far.Az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist və insayder Alvaro Kolmenero sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, UFC rəhbərliyi artıq tərəflər arasında mümkün döyüşün təşkili ilə bağlı ilkin danışıqlara başlayıb.
Kolmenero bildirib ki, danışıqlar uğurla yekunlaşarsa, Maxaçevlə Prates 30 yanvar tarixində UFC 336 turnirində üz-üzə gələ bilərlər. Yarışın Kanadanın Toronto şəhərində keçirilməsi nəzərdə tutulur.
34 yaşlı İslam Maxaçev uzun müddət yüngül çəki dərəcəsində çıxış edib və bu divizionda titulunu ardıcıl dörd dəfə qoruyaraq rekorda imza atıb. Daha sonra yarımorta çəki dərəcəsinə yüksələn rusiyalı döyüşçü 2025-ci ilin noyabrında avstraliyalı Cek Della Maddalena üzərində qələbə qazanaraq bu çəkidə də UFC çempionu olub.
Beləliklə, Maxaçev UFC tarixində iki fərqli çəki dərəcəsində çempionluq qazanan ilk rusiyalı döyüşçü kimi tarixə düşüb.
Qeyd edək ki, braziliyalı Karlos Prateslə mümkün qarşılaşma ilə bağlı hələlik rəsmi təsdiq verilməyib. Daha əvvəl UFC-nin məğlubiyyətsiz döyüşçülərindən biri də Maxaçevi titul uğrunda döyüşə çağırmışdı.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib
Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Ucarda sərnişin avtobusu yandı
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb













