Far.Az xəbər saytı
Far.Az xəbər saytı
“Şəfa Futbol Klubu" “MyGroup Holding”in tərkibinə daxil olur
Bundan sonra “Şəfa Futbol Klubu" MMC tanınmış, innovativ, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən “MyGroup Holding”in tərkibində fəaliyyət göstərəcək.
Bu məqsədlə tərəflər arasında anlaşma imzalanıb.
Sənədə Klubun prezidenti Sərdar Salmanzadə və Holdinqin prezidenti Emil İsgəndərov imza atıb. Bu, Azərbaycan futbolunda yeni mərhələ, yeni inkişaf dövrü deməkdir.
E.İsgəndərov bildirib ki, “MyGroup Holding”in əsas məqsədi “Şəfa Futbol Klubu" vasitəsilə Azərbaycanda futbolun inkişafını dəstəkləmək, gənc futbolçular yetişdirmək, onların Avropanın köklü futbol klublarında çıxış etməsi üçün əlindən gələni etməkdir: "Bu, idman sahəsində ilk layihədir".
Əməkdaşlıq çərçivəsində “Şəfa”nın akademiyası yaradılacaq. Akademiya 14-17 yaşlı uşaqları cəlb edəcək. O cümlədən, akademiyada qızlar üçün komanda formalaşdırılacaq. Futbolçuların istedalarına uyğun tərəfdaş ölkələrlə danışıqlar aparılacaq və onlar xaricdə təcrübədən keçəcəklər. “MyGroup Holding” onlar üçün hər cür şərait yaratmağa hazırdır",- deyə o qeyd edib.
E.İskəndərov əlavə edib ki, gələcək planlarda klubun öncə Azərbaycan Premyer Liqasına çıxması, daha sonra isə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil etməsi var: “Biz əl-ələ verib, uğurlu nəticələr əldə edəcəyik. Klubun fəaliyyəti üçün bütün infrastruktur təşkil ediləcək. Yeni stadion qurulması planlaşdırılır”.
O, “MyGroup Holdinq” lə bağlı da geniş məlumat verib: "Holdinq 2017-ci ildən fəaliyyət göstərir. Onun tərkibində 18 şirkət var. Şirkətin baş ofisi Dubayda, ikinci ofisi isə Azərbaycanda yerləşir. Bundan əlavə, holdinqin Kanada, Rusiya, Türkiyə və Gürcüstanda ofisləri var. Əsas məqsədimiz maksimum rahatlıq səviyyəsini təmin etməklə və zəmanət verməklə müştərilərimizin ehtiyaclarını ödəmək üçün ən yaxşı dəyəri təklif etməkdir. Biznesinin ölçüsündən asılı olmayaraq hər bir müştəri bizim üçün vacibdir. Onların biznesinin inkişafı üçün ən yaxşı həllər tapmağa çalışırıq".
S.Salmanzadə isə bildirib ki, imzalanmış anlaşma ilə klubun futbolçularına hərtərəfli dəstək göstəriləcək: "Beləliklə, bu anlaşma "Şəfa Futbol Klubu"nun böyük futbola qayıtması yolunda addımdır. “MyGroup Holding”in dəstəyi ilə artıq sektorda yeni bir tendensiya yaranacaq".

Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər?
Rəşad Məcid: Rusiya Erməniləri İttifaqının Bakıda səfərdə olan Prezident Putinə müraciəti acizlik əlamətidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Yaşı 50-ni keçənlərin DİQQƏTİNƏ! Risklər açıqlandı...
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb