Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirin ilk günündə 7 medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirin ilk günündə 7 medal qazanıblar


Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib.

"Report" xəbər verir ki, Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək, 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar.

Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan yarışda ümumilikdə 31 cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər