Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Far.Az xəbər saytı

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir


Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır.

Bundan başqa, cihazların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməli, yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyaları yaranmamalıdır.

Tüstü bacasına qoşulan qurğularda yanma məhsullarının otağa təsadüfən buraxılmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq yarandıqda isə odluğa qaz verilişi dayandırılmalıdır.

Reqlament qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər avadanlıqlara şamil edilir.

Tələblər noyabrın 6-dan qüvvəyə minəcək.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər