Lənkəranda ev yanıb, bir nəfər  ölüb
Far.Az xəbər saytı

Lənkəranda ev yanıb, bir nəfər  ölüb


Lənkəran rayonunda ev yanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə gecə vaxtı rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini - 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub. Hadisə yerinə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın yerində aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər