"Arsenal"ın futbolçusu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq
Far.Az xəbər saytı

"Arsenal"ın futbolçusu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq


İngiltərənin "Arsenal" klubunun futbolçusu Mikel Merino uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"ə uduzduqları Premyer Liqanın XXIII turunun oyununda zədələnməsi səbəb olub.

İspaniya millisinin üzvü sağ ayağındakı sümükdən ciddi zədə alıb. M.Merino yaxın günlərdə əməliyyat olunacaq və uzun müddət meydana çıxa bilməyəcək.

Qeyd edək ki, oyunçu cari mövsüm bütün yarışlarda 33 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Mançester Yunayted" Karrikin rəhbərliyi ilə "Arsenal"ı məğlub edərək ikinci qələbəsini qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər