"Grammy"nin ən yaxşıları bəlli oldu
Hər il olduğu kimi bu il də musiqi dünyasının ən prestijli mükafatı olan "Grammy" sahiblərinə təqdim olunub. Möhtəşəm mərasim ABŞ-nin Los-Anceles şəhərində keçirilib.
Far.Az xəbər verir ki, bu il 68-ci dəfə təşkil edilən tədbirdə 95 fərqli nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Tədbir səkkiz saat davam edib.
Bu il "Grammy" tarixində mühüm bir yenilik yaşanıb. K-Pop "Demon Hunters" filminə aid "Golden" adlı musiqi əsəri "Ən yaxşı vizual media üçün mahnı" nominasiyasında qalib olub. Bununla da K-pop ilk dəfə "Grammy" qazanıb.
Gecənin ən diqqətçəkən qaliblərindən biri isə cəmi səkkiz yaşında olan Aura V olub. O, "Ən yaxşı uşaq albomu" mükafatını qazanaraq Grammy tarixinin ən gənc qalibi adını əldə edib.
Mərasimə Harry Styles, Chaka Khan və bir çox məşhur siması qatılıb. Amerikalı repçi Kendrick Lamar isə gecənin əsas favoritlərindən biri kimi ön plana çıxıb. Doqquz nominasiya ilə mərasimə qatılan Lamar 4 mükafat qazanıb. Sənətçi ötən il də "Not Like Us" adlı mahnısı ilə "İlin mahnısı" və "İlin qeydi" nominasiyalarında qalib olub.
Müğənni Olivia Dean "Ən Yaxşı Yeni İfaçı" nominasiyasında qalib olub.
Ledi Qaqa "Mayhem" adlı ifasına görə "Ən Yaxşı Pop Vokal Albomu" kateqoriyasında "Grammy" alıb.
Billi Ayliş "Wildflower" mahnısı ilə "İlin Mahnısı" nominasiyasında qalib olub.
"Debí Tirar Más Fotos" "İlin Albomu"u seçilib. Bəd Banninin "EoO" ifası "Ən Yaxşı Qlobal Musiqi İfası" kateqoriyasında qalib seçilib. Turnstaylın "Birds" ifası "Ən Yaxşı Metal İfası" kateqoriyasında qalib olub.
Qrupun "Never Enough" ifası isə "Ən Yaxşı Rok Albomu" nominasiyasında qalib olub. Doeçi "Anxiety" mahnsınıa görə "Ən Yaxşı Musiqi Videosu" kateqoriyasında alib olub. "Ən Yaxşı Latın Pop Albomu" üzrə "Grammy" Natalia Lafourcadeyə təqdim olunub.
Tila "PUSH 2 START" mahnısına görə "Ən Yaxşı Afrika Musiqisi İfası" kateqoriyasında qalib olub. "Ən Yaxşı Komediya Albomu" nominasiyasında Neyt Berqetz qalib olub. Söket "İlin Prodüseri" nominasiyasında qalib olub. "İlin Mahnı Müəllifi" kateqroyasında Emi Əllen qalib olaraq "Grammy" alıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"ELLE Style Awards 2026"nın ən yaxşıları mükafatlandırıldı - SİYAHI
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













