DMA: Ötən il 72 mindən çox gənc işlə təmin edilib
Far.Az xəbər saytı

DMA: Ötən il 72 mindən çox gənc işlə təmin edilib


Ötən il Azərbaycanda 72,6 min gənc münasib işlərlə təmin edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) məlumat yayıb.

Qeyd edilib ki, özünüməşğulluq proqramı gənclərin də kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son bir ildə bu proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub.

9500-dək gənc isə Agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

Ötən il böyük əksəriyyəti gənclər olan 343 min şəxs peşəyönümü xidmətlərlə əhatə olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər