Gəncədə partlayış zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Far.Az xəbər saytı

Gəncədə partlayış zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır - YENİLƏNİB


Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə "Far.Az"un Qərb bürosunun sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, bu gün saat 17:00 radələrində baş verən partlayış zamanı iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı üç nəfər xəsarət alıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər