Sentyabrın ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub
Far.Az xəbər saytı

Sentyabrın ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub


2024-cü ilin sentyabr ayının ikinci ongünlüyündə Azərbaycanda havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub.

"Far.Az" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 və 13 sentyabr tarixlərində 31 dərəcə isti, bölgələr üzrə isə 12 sentyabr tarixində Naxçıvan MR-da 37 dərəcə isti müşahidə olunub.

N.Mahmudovun sözlərinə görə, sentyabr ayının ikinci ongünlüyündə əksər bölgələrdə hava şəraiti yağmursuz keçsə də, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntılı hava şəraiti müşahidə edilib və ümumi olaraq bölgələr üzrə 8 gün yağıntılı keçib:

"Ən çox yağıntı isə aylıq normanın 70 faizi qədər Balakən-Şəki bölgəsinə düşüb. 13 sentyabrda Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağması müşahidə olunub".

N. Mahmudov qeyd edib ki, sentyabr ayının ikinci ongünlüyünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 1 gün, bölgələrdə isə 9 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 16 m/s, bölgələrdə isə 21 m/s-dək güclənib.

Oxşar xəbərlər

Sentyabr ayının hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Sabah hava yağmursuz keçəcək, 39 dərəcə isti olacaq - PROQNOZ
Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər