Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Far.Az xəbər saytı

Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb


Fransa Prezidenti Emmanuel Makron ikinci prezidentlik müddətinin sonuna yaxın dövlət başçısı postundakı sələfi Fransua Ollandın etimadsızlıq səviyyəsi üzrə antirekordunu yeniləyib.

"Far.Az" xəbər verir ki, bu barədə "Les Echos" qəzeti "Elabe" şirkətinin ictimai rəy sorğusuna istinadən məlumat yayıb.

Noyabrın 3-dən 4-dək sorğuya cəlb edilən min nəfər arasında yalnız 13% hələ də hazırkı dövlət başçısına etimad etdiyini bildirib. Bu, əvvəlki prezident Fransua Ollandın səlahiyyət müddətinin sonuna yaxın olan göstəricidən 1 faiz bəndi azdır; "Elabe"nin məlumatına görə, 2016-cı ilin noyabrında sorğuda iştirak edənlərin yalnız 14%-i ona etimad göstərirdi.

Nəşrin vurğuladığı kimi, hər iki halda söhbət bu şirkətin sorğularında prezidentlərə qarşı rekord dərəcədə aşağı etimad səviyyəsindən gedir. Eyni zamanda, respondentlərin 82%-i məhz Makrona etimad etmədiyini bildirib ki, onların da 60%-i ona "qətiyyən etimad etmədiyini" vurğulayıb.

Əgər Olland xalqın narazılığı fonunda ikinci müddətə namizədliyini irəli sürməkdən imtina etmək qərarına gəlmişdisə, Makron artıq ikinci beşillik müddətini başa vurur və qanuna əsasən ardıcıl üçüncü dəfə seçilə bilməz. Bununla yanaşı, hazırkı etimad böhranı sentyabrın sonundan etibarən bütün ölkə boyu davam edən, oktyabrın 17-də isə soyğunçuluqla müşayiət olunan iğtişaşlara çevrilən həmkarlar ittifaqları və məktəblilərin kütləvi etirazları ilə əlaqədardır.

İddia olunur ki, oktyabrın 17-dəki iğtişaşlardan sonra prezidentin etdiyi televiziya müraciəti fransızları planlaşdırıldığı kimi nəinki sakitləşdirib, əksinə dövlət başçısının onların tələblərinə cavab vermək iqtidarında olmaması barədə təsəvvürlərini daha da gücləndirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər