Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir
Far.Az xəbər saytı

Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmət göstərir


Masallı Səyyar ASAN xidmət avtobusu Cəlilabadda xidmətə başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 3-25 fevral Cəlilabad rayonu Heydər Əliyev prospekti 138 ünvanında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı "ASAN xidmət" mərkəzinin Səyyar Xidmətin təşkili sektorunun əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Qeyd edək ki, Cəlilabadla yanaşı, 3-25 fevral tarixində Yevlaxda, Şirvanda, Xaçmazda, Goranboyda, Ağdaşda və Xırdalanda, 3-12 fevral tarixində Göygöldə, 16-25 fevral tarixində isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər