Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirilib
Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Olimpiya mükafatçısı Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektor əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, yüksək nəticə göstərmiş məktəblilər və həmin məktəblərin direktorları iştirak ediblər.
Çıxış zamanı Çingiz Hüseynzadə məktəblilərin qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını, idmanın gənclərin sağlam həyat tərzinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsində xüsusi rol oynadığını vurğulayıb.
Anar Qədiməliyev isə məktəblilərin idmana marağının artırılmasında məktəbdənkənar fəaliyyətlərin və müəllimlərin rolunu xüsusi qeyd edib.
Tədbirin sonunda 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"













