Dünya şöhrətli alim Lütfi-Zadənin anadan olmasından 105 il ötür
Bu gün məşhur azərbaycanlı alim, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi-Zadənin doğum günüdür. Onun anadan olmasından 105 il ötür.
Lütfi-Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə) 1921-ci ilin bu günü, yəni fevralın 4-də Bakının Novxanı kəndində doğulub.
Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı olub və Ərdəbildə doğulub. Etnik rus yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi-Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.
1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar.
O, 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-yə gedib. 1944-cü ildə adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.
Lütfi Əsgər Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkli Universitetində dərs deyib.
Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb.
Lütfi-zadə 2017-ci ilin bu günü, yəni sentyabrın 6-da 96 yaşında vəfat edib.
O, öz vəsiyyətində Bakıda dəfn olunmaq istədiyini bildirib.
Azərbaycanın dünya şöhrətli alimi I Fəxri Xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bu gün Lütfi-Zadənin anım günüdür
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir













