Azərbaycan "Carlsberg Group" ilə pivə sənayesində tənzimləmə mexanizmlərini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan "Carlsberg Group" ilə pivə sənayesində tənzimləmə mexanizmlərini müzakirə edib


Azərbaycan "Carlsberg Group" şirkəti ilə pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini müzakirə edib.

"Far.Az"a xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu müzakirələr ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşdə aparılıb.

Nazir görüşdə "Carlsberg Group"la əməkdaşlığın inkişaf istiqamətlərini, 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlərini müzakirə edib.

O qeyd edib ki, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər