Ağcabədidə bıçaqlanan 7 yaşlının atası: Mənə oğlumun ayağının kəsildiyini dedilər
Far.Az xəbər saytı

Ağcabədidə bıçaqlanan 7 yaşlının atası: Mənə oğlumun ayağının kəsildiyini dedilər


Ağcabədidə bıçaqlanan azyaşlının atası Rəşad Bəşirov bildirib ki, insidenti törədən şəxs təqribən 14 yaşındadır.

"Far.Az"un Qarabağ bürosu bildirir ki, ata hadisə zamanı işdə olduğunu vurğulayıb.

"Telefonuma zəng gəldi ki, uşağın ayağı kəsilib. Gəlib uşağa baxanda gördüm ki, ayağı deyil, bədəninin çox yerində xəsarətlər var. Məsələnin tam dəqiqliyini bilmirəm. Mənim heç kimlə düşmənçiliyim yoxdur. İstəyirəm ki, oğlumu vuran tapılsın və cəzası verilsin", - R. Bəşirov qeyd edib.

Onun sözlərinə görə, uşaq onu kimin bıçaqladığını bilir:

"Oğlum deyir ki, üzdən görmüşəm, məndə deyirəm ki, polisə necə var, doğrusunu desin. Saxlanılan uşağın 13-14 yaşı olar".

Hadisə ilə bağlı Ağcabədi rayonu mərkəzi xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, azyaşlı valideynləri tərəfindən xəstəxanaya gətirilib:

"Müayinə zamanı xəstənin bədənində 20-ə yaxın kəsilmiş, cırılmış, deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qan itirmə müşahidə olunur. Təcili olaraq əməliyyat blokuna götürülüb. Yaralara müdaxilə edilib və xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə köçürülüb. Hazırda ümumi vəziyyəti orta ağır kimi qiymətləndirilir".

Ağcabədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Ağcabədi rayonunda 7 yaşlı oğlan uşağı bıçaqlanıb.

"Far.Az"un Qarabağ bürosunun xəbərinə görə, 2019-cu il təvəllüdlü azyaşlı bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən sorğuya cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.

Qeyd olunub ki, yaralı dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər