Boatengdən etiraf: "Həmişə "Real"ı sevmişəm, amma "Barselona"da oynamaq üçün yalan danışmışam"
Far.Az xəbər saytı

Boatengdən etiraf: "Həmişə "Real"ı sevmişəm, amma "Barselona"da oynamaq üçün yalan danışmışam"


Keçmiş "Barselona" yarımmüdafiəçisi Kevin-Prins Boateng maraqlı etirafla gündəmə gəlib.

Far.Az-in məlumatına görə, qanalı futbolçu bildirib ki, əslində həmişə Madrid "Real"ının azarkeşi olub və Kriştiano Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab edib.

2019-cu ildə icarə əsasında "Barselona"nın formasını geyinmiş Boateng həmin dövrdə mətbuat konfranslarında fərqli mövqe sərgilədiyini etiraf edib.

"Ən sevdiyim komanda həmişə "Real" Madrid olub. Mən Kriştiano Ronaldonu dünyanın ən yaxşı oyunçusu hesab edirdim. Amma "Barselona"da oynamaq üçün mətbuat konfranslarında yalan danışmalı olurdum", – deyə o bildirib.

Qeyd edək ki, Kevin-Prins Boateng karyerası ərzində "Herta", "Milan", "Tottenhem", "Ayntraxt", "Las-Palmas" və digər klublarda da çıxış edib. O, 2019-cu ildə qısa müddətlik "Barselona"nın heyətində yer almışdı.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər