"Turan Tovuz"un məşqçisi: "Əsas odur ki, "Kəpəz"lə matçda qələbə qazandıq"
Far.Az xəbər saytı

"Turan Tovuz"un məşqçisi: "Əsas odur ki, "Kəpəz"lə matçda qələbə qazandıq"


Əsas olan "Turan Tovuz"un "Kəpəz" üzərində qələbə qazanmasıdır.

"Far.Az" xəbər verir ki, bunu "Turan Tovuz"un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib:

Mütəxəssis "Kəpəz"ə qalib gəldikləri (1:0) qarşılaşmanı şərh edib:

"Komandamız 4 gün əvvəl "Qarabağ"la çətin matç keçirmişdi. Heyətdə böyük dəyişiklik edilməmişdi. Demək olar ki, "Qarabağ"la matçdakı bütün futbolçular meydanda idilər. Meydanın vəziyyətinin və hava şəraitinin də oyuna təsiri var idi. Əsas odur ki, qələbə qazandıq. Gələn ay cavab matçına çıxacağıq. "Karvan-Yevlax"a qarşı keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, tərəflər arasında 1/4 final mərhələsinin cavab matçı martın əvvəlində baş tutacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər