ABŞ Trampın ünvanına səsləndirilən təhqirlərə görə Polşa Seyminin sədri ilə əlaqələri kəsib
Far.Az xəbər saytı

ABŞ Trampın ünvanına səsləndirilən təhqirlərə görə Polşa Seyminin sədri ilə əlaqələri kəsib


Vaşinqton ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirilən təhqirlərlə əlaqədar Polşa Seyminin (parlamentin aşağı palatası) sədri Vlodzimej Çajastı ilə bütün əlaqələri kəsmək barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Varşavadakı səfiri Tom Rouz "X" sosial şəbəkəsində yazıb.

"Bu andan etibarən Seym sədri Çajastı ilə heç bir münasibətimiz, əlaqəmiz və ya ünsiyyətimiz olmayacaq. Onun Prezident Trampın ünvanına səsləndirdiyi təhqirlər Polşanın Baş naziri Donald Tusk və hökuməti ilə əlaqələrimiz üçün ciddi problem yaradıb", - o qeyd edib.

"Biz heç kimə ABŞ-Polşa münasibətlərinə zərər vurmağa, Polşa və polyak xalqı üçün bu qədər çox iş görmüş ABŞ Prezidenti Donald Trampa hörmətsizlik göstərməyə imkan verməyəcəyik", - diplomat əlavə edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Tom Kruz ilk dəfə "Oskar" aldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər