Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
Far.Az xəbər saytı

Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb


Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri - baş prokuroru vəzifəsinin icrasına başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, bazar ertəsi Blanş rəsmən ABŞ-nin baş prokuroru kimi and içib.

Daha əvvəl ABŞ Konqresinin Senatı minimal səs çoxluğu ilə Blanşın Ədliyyə Nazirliyinin rəhbəri postuna namizədliyini təsdiqləyib. O, aprel ayından qurumun rəhbəri vəzifəsini icra edirdi, iyun ayında isə ABŞ Prezidenti Donald Tramp onu bu vəzifəyə daimi əsasda təyin etmək qərarına gəlib.

Senatın Hüquq komitəsindəki bir sıra respublikaçı senatorlar daha əvvəl Blanşın təsdiqlənməsinə qarşı çıxış edirdilər. Trampın sözlərinə görə, onlar administrasiyadan yazılı şəkildə zəmanət tələb ediblər ki, 46-cı prezident Co Baydenin dövründə ABŞ hakimiyyəti tərəfindən sui-istifadə halları nəticəsində zərər çəkmiş şəxslərə ödənişlər etmək üçün təqribən 1,8 milyard dollar həcmində fondun yaradılması planlaşdırılmır.

Bir çox qanunvericilər vergi ödəyicilərinin vəsaitlərinin bu cür xərclənməsini qeyri-məqbul hesab ediblər.

Qeyd edək ki, ötən həftə Blanş sözügedən fondu yaratmayacağına zəmanət verməyə razılaşıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər