Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
Far.Az xəbər saytı

Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bəyan edib.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Amerika liderinin sözlərinə görə, boğaz İran limanlarına gedən gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır. Tramp qeyd edib ki, ABŞ boğazda müntəzəm olaraq quraşdırılan minaları aşkar edir: "Biz boğaza 100 % nəzarət edirik".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı razılaşmaları pozmaqda ittiham edərək İrana qarşı irimiqyaslı zərbələri bərpa edib.

Avqustun 2-də Tramp Tehranla razılaşma əldə etmək üçün İrana qarşı planlaşdırılan zərbənin ləğv olunduğunu bildirib.

Avqustun 5-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun koordinatlarını razılaşdırıb. Bununla yanaşı, o qeyd edib ki, razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur və ABŞ-nin hərəkətlərindən asılıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər